İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib

Xəbərlər

19.11.2019 - 12:03

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri görülən işlər barədə Prezidentə məlumat verib

 

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

 

Dövlət başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Müəllif: Ayna.az