Sabaha yağış gözlənilir

Xəbərlər

26.08.2019 - 13:33

Həkimlər Klinikalar SEO Xidməti

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-31, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək

 

Bakıda və Abşeron yarımadasında avqustun 27-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-31, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

 

Abşeron çimərliklərində

 

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Müəllif: Ayna.az