“Onun addımları müxalifəti hərəkətə gətirməyə və emosional dinamizmi artırmağa yönəlib”
"Nikol Paşinyan açıq şəkildə müxalifəti irəli getməyə çağırır. O hətta seçkilərdən sonra da aparıcı müxalifət qüvvələrinə qarşı sərt və aqressiv ritorikasını dayandırmayıb. Sual yaranır: bu ritorika həqiqətən də sadəcə seçkiqabağı təbliğatdan qalıb, yoxsa Paşinyan bu dəfə həqiqətən də sonuna qədər getmək niyyətindədir?”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri analitik Hakob Badalyan deyib.
Onun sözlərinə görə, praktikada Baş nazir Nikol Paşinyan özü sondan qorxur və müxalifəti sürətləndirməyə, tələsdirməyə çalışır: “Onun addımları müxalifəti hərəkətə gətirməyə və emosional dinamizmi artırmağa yönəlib. Paşinyan vaxtın onun tərəfində olmadığını anlayır. Seçkilərdə mütləq qələbə qazanmadığını, lakin bunu elan etməyə məcbur olduğunu çox yaxşı başa düşür. Bu vəziyyətdə o, müxalifətin tələsik addımlarında və qərarlarında fürsət axtarır”.
“Məhz bu şəraiti nəzərə alaraq, səsvermədən dərhal sonra dedim ki, siyasi qarşıdurma baxımından hər şey yeni başlayır. Müxalifətdən tələb olunan əsas iş strateji səbr və ona əsaslanan həll yollarının hazırlanmasıdır", - Badalyan vurğulayıb.