ABŞ-İran memorandumu Lüserndə oteldə imzalanacaq

Dünya

17.06.2026 - 14:06

Otel ucqar yerdə yerləşir: bu da təhlükəsizliyin təmin edilməsini asanlaşdırır

Bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və qəti dayandırılmasını tələb edən ABŞ-İran çərçivə sazişi İsveçrədə Alp dağlarında, Lüsern yaxınlığındakı Bürgenstok kurortunda yerləşən lüks bir oteldə imzalanacaq. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi (XİN) açıqlamasında qeyd edib.

XİN-dən bildirilib ki, kurort həm Pakistan, həm də Qətər vasitəçiləri, eləcə də ABŞ və İran nümayəndələri tərəfindən görüş yeri kimi təklif edilib. Otel ucqar bir yerdə yerləşir və bu da təhlükəsizliyin təmin edilməsini asanlaşdırır.

Qeyd edək ki, ABŞ və İran arasında Anlaşma Memorandumu artıq rəqəmsal şəkildə imzalanıb.

Həftələrlə davam edən danışıqlardan sonra ABŞ və İran 14 iyunda müharibəyə son qoymaq üçün çərçivə sazişi barədə razılığa gəliblər. Saziş digər məsələlərlə yanaşı, atəşkəsin uzadılmasını, Hörmüz boğazının açılmasını və Tehranın nüvə proqramı da daxil olmaqla, daha çox danışıqları nəzərdə tutur. Sazişin dəqiq məzmunu məlum deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş