Azərbaycanda jurnalistin başına iş gəlib: “Əl izləri götürüldü və izahat verdim”

Hadisə

26.06.2019 - 11:59

İlham Məmmədzadə: “Bilmirəm, bilərəkdən ziyan vurmaq üçün ediblər, yoxsa da oğurluq məqsədi ilə”

 

Tanınmış jurnalist və PR mütəxəssisi İlham Məmmədzadənin avtomobili qarət edilib. Bu barədə AYNA-ya zərərçəkən özü məlumat verib.

 

Onun sözlərinə görə, hadisə dünən gecə 01:25 radələrində Sumqayıt şəhərində yaşadığı binanın qarşısında baş verib: “Həyətdə saxladığım maşının şüşələrini qırıblar. Bu zaman avtomobilimin siqnalizasiya sistemi işə düşdü. Həmin vaxt oyaq olduğum üçün məhləyə çıxdım. Gördüm ki, mənim “Mercedes” markalı 99 CM 808 nömrəli avtomobilimin şüşəsini qırıblar”.

İ.Məmmədzadə vəziyyəti görər-görməz 102 xidmətinə müraciət edib: “Polis çağırdım. 1saat 10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəldilər. Yerində ekspertiza təyin olunmasını tələb elədim. Əl izləri götürüldü. Polis idarəsinə çağrıldım. Orada izahat yazdım”.

Ayna.az