Kişi su quyusunda boğulub

Hadisə

25.10.2019 - 15:57

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyin (FHN) 112 “qaynar xətt”inə, Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən, 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar E.Həbibzadənin meyitini, dərinliyi, təqribən 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az