Gəncədə zəncirvari qəza - <font color=red> FOTOLAR</font>

Hadisə

28.11.2019 - 23:37

Hadisə zamanı xəsarət alan olmayıb

 

Gəncə şəhərində zəncirvari qəza baş verib.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hadisə zamanı 5 maşın toqquşub. İlkin məlumatlara görə, qəzada “Ford”, iki “VAZ 21 07”, iki “Mercedes” markalı avtomobillər toqquşub.

 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

İlkin məlumata görə, hadisəyə səbəb “Ford” markalı yük maşınının qarşı yola çıxması olub. Hadisənin təfərrüatları araşdırılır.

Müəllif: Ayna.az