Dünyanın gözlədiyi duel və: <font color=red> “ABŞ-ın Rusiyanı bitirmək planı yoxdur”</font>

Siyasət

02.06.2021 - 13:17

Vladislav İnozemtsev: “Vaşinqton Moskvanı birbaşa düşmən görmür, Ağ Ev üçün əsas təhlükə Çindən gəlir”

 

Co Bayden və Vladimir Putin arasındakı görüş, ekspertlər tərəfindən dünyadakı geosiyasi vəziyyətin necə inkişaf edəcəyini digər ölkələrin təyin edəcəyi bir lakmus kağızı testi kimi qiymətləndirilir. Dünyadakı pandemiya, iqtisadi böhran və geosiyasi gərginliklər kontekstində, ABŞ və Rusiya liderlərinin görüşü müəyyən dərəcədə vəziyyətin daha da inkişafı baxımından həlledici olacaq.

 

Rusiyalı iqtisadçı, sosioloq və siyasətçi, iqtisad elmləri doktoru, Rusiya, Fransa, Böyük Britaniya və ABŞ-da nəşr olunan 300-dən çox əsərin müəllifi Vladislav İnozemtsev AYNA-ya müsahibəsində Bayden-Putin görüşündən gözləntilər, görüşün dünyadakı iqtisadi və siyasi həyata necə təsir edəcəyi barədə danışıb.

Image result for Vladislav İnozemtsev

- İndi dünya Putin və Bayden arasındakı görüşü gözləyir. Bəzi mütəxəssislər qeyd edirlər ki, bu görüşün nəticələrindən sonra dünyanın hansı istiqamətdə irəliləyəcəyi bəlli olacaq. Bu görüşdən gözləntiləriniz nədir?

 

- ABŞ ilə Rusiya arasındakı münasibətlərdə bir növ “sıfırlama” gözləməyə əsas yoxdur. Bu görüş müəyyən dərəcədə məcburi xarakter daşıyır, çünki Rusiya ABŞ üçün onunla danışmaq çətin olduğu bir rəqib olaraq qalır, amma bu rəqiblə istəməsən də, görüşmək və danışmaq qətiliklə lazımdır. Böyük nəticələr gözləməyə dəyməz. Ancaq danışıqlar ciddi olacaq, onsuz da müzakirələrin bütün günü davam edəcəyini bilirik, buna görə fikir mübadiləsinin çox geniş bir mövzu spektrini əhatə edəcəyini deyə bilərik. Ancaq heç bir ciddi irəliləyiş gözləmirəm.

 

Cenevrə simvolik bir yerdir. Qorbaçov da Reyqanla ilk dəfə Cenevrədə görüşdü. Düzdür, o zaman bu görüş heç bir nəticəyə gətirib çıxarmadı, ancaq bundan sonra Reykyavikdə baş tutan görüşdə artıq sürətli bir irəliləmə oldu. İndi əksinə gedirlər, əvvəlcə Reykyavikdə ABŞ və Rusiyanın xarici işlər rəhbərlərinin görüşü olmuşdu, indi də dövlət başçıları Cenevrədə görüşürlər. Bu və ya digər şəkildə tərəflərin əsas vəzifəsinin bir-birini eşitmək olduğunu düşünürəm. Düşünürəm ki, bu görüşdən sonra bir-birilərinə qarşı ittihamlar müəyyən dərəcədə arxa plana çəkiləcək və münasibətlər daha da bərabərləşəcək. Şübhəsiz ki, əsas istəklər Amerika tərəfdən olacaq və bu, hiss olunur, çünki indi Vaşinqton ciddi şəkildə təhlükəsizlik məsələləri ilə maraqlanır. Ukrayna mövzusunun əhəmiyyətinə baxmayaraq, amerikalılar üçün kibertəhlükəsizlik məsələləri hər şeydən əvvəldir.

 

Amerika da öz növbəsində “Nord Stream 2”-də güzəştə gedəcək. Çünki istəsə də-istəməsə də, layihənin tamamlanacağını başa düşür. Amma digər tərəfdən, bu layihənin əhəmiyyəti Berlin üçün çox böyükdür. Almaniya ilə münasibətlərini də pozmaq istəməzdi. Bayden Putinə bundan sonra ABŞ-a qarşı düşmənçiliyin daha fərqli bir tonda qarşılanacağına dair bir işarə verəcək. Başqa sərt açıqlamalar və məsələlər qaldırılmayacaq. Rusiyada daxili siyasi vəziyyət mövzusu qaldırılmayacaq. Bu səbəbdən bu görüş geosiyasi təhlükəsizliklə bağlıdır.

 

- Bu görüş nəticəsində münasibətlərin hansı məsələlərində ağırlaşma gözləyirsiniz?

 

- Baydenin kifayət qədər dinc Prezident olduğunu deyə bilərik. ABŞ Rusiyanı birbaşa düşmən “görmür”, çünki Ağ Ev üçün əsas təhlükə indi Çindən gəlir. Vaşinqtona Rusiya ətrafındakı vəziyyətlə yayındırılması və diqqətinin yayınması strateji baxımdan təsirsiz və lazımsızdır, bu səbəbdən hər hansı bir kəskinləşmənin olacağını gözləməyə dəyməz. Moskvanın özü də kəskinləşməyə hazır deyil, Putin indi dünya siyasətinə qayıtmaq və əl sıxılası lider olmaq istəyir və bu baxımdan istədiyini əldə etdi. Ukrayna ətrafındakı gərginlik Baydenlə birbaşa görüşün baş tutmasına yönəlmişdi, bu baxımdan hədəfinə çatır. Üstəlik, bu görüş nə Vaşinqtonda, nə də hər hansı bir samitdə baş tutacaq - iki dövlətin liderlərinin tamhüquqlu görüşüdür. Bu səbəbdən Putinin bütün bunları məhv edib, Baydenlə mübahisə etmək planları yoxdur.

 

- Niyə ABŞ “Nord Stream 2”-yə qarşı sanksiya tətbiq etmir? Bu kəmərin açılması Rusiyanı daha təsirli bir oyunçu və Avropanı ABŞ-dan daha müstəqil etmirmi?

 

- ABŞ “Nord Stream 2” layihəsini sıxışdırmadı. Heç vaxt öldürücü sanksiyalar tətbiq etmədilər. Əslində bunu gözləyirdim, çünki Demokratlar, Respublikaçılardan fərqli olaraq, kifayət qədər yumşaq bir siyasət yürüdürlər. Belə demək olarsa, ABŞ-da Rusiyanı sıxmaq və bitirmək üçün açıq bir təlimat yoxdur. Buna ehtiyac da yoxdur. Rusiyanın Ukraynanı tərk etməsi, amerikalıların işlərinə qarışmağı dayandırması ilə bağlı məsələlər var.

 

Bayden üçün təhlükəsiz bir dünya düzəni qurmaq vacibdir, ona görə də Ukrayna mövzusu onun üçün Tramp üçün olduğu qədər maraqlı deyil. Tramp açıq şəkildə Putin və enerji kampaniyaları ilə əlaqələndirildi. Onun üçün “Nord Stream 2” layihəsinin vurulması və Amerika qazının Avropaya tətbiq edilməsinin və ya Amerikanın mayeləşdirilmiş qazının bu bazarda rəqabətədavamlı olması vacib idi. Əksinə, Bayden üçün Avropada “özününkü” olması vacibdir və bu səbəbdən də enerji lobbiçilərinə görə avropalılarla münasibətləri korlamayacaq. Bu səbəbdən, geosiyasi baxımdan Rusiyanın qaz kəməri Bayden üçün heç bir zərər və ya təhlükə daşımır. Bayden və oğlunun Ukraynadakı təcrübəsi çox şübhəli idi və bu səbəbdən də o, Ukrayna mövzusundan qorxur və bu mövzunu birtəhər qaldırmaq istəmir.

Müəllif: Nicat Hacıyev