Türk Şurasına sədrlik Azərbaycana keçdi

Siyasət

14.10.2019 - 11:57

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Azərbaycana keçib. AYNA xəbər verir ki, bu barədə Şuranın Xarici İşlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında məlumat verilib.

 

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

 

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

 

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Müəllif: Ayna.az