Dünyanı bəlaya salan Vuhandan kritik qərar

Dünya

28.03.2020 - 16:41

cedabet dərman SEO Xidməti

Yük qatarı Almaniyanın Duisburq şəhərinə yola düşüb

 

Koronavirusun dünyaya yayılmağa başladığı Çinin Vuhan şəhərində yaşayış artıq öz axarına düşməyə başlayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, artıq Çin Dövlət Dəmir Yolları Vuhandan Avropaya yük daşıyan dəmir yollarının bu gündən etibarən fəaliyyətə başladığını açıqlayıb.

 

Açıqlamada artıq Vuhan stansiyasından hərəkət edən və 50 karqo konteyneri daşıyan yük qatarının Almaniyanın Duisburq şəhərinə yola düşdüyü bildirilirb.

 

Tibbi avadanlıqlar və müxtəlif gündəlik ehtiyacların yer aldığı qatarın hərəkəti 15 gün davam edəcək.


Qeyd edək ki, Çinin ən böyük sənaye şəhərlərindən biri olan Vuhanda tibbi avadanlıqlara yanaşı avtomobil ehtiyat hissələri, elektron qurğular və telekommunikasiya məhsulları istehsal olunur. Bu məhsullar Fransa, Macarıstan, Çexiya və Polşaya, ilk növbədə Almaniyaya göndərilir.

 

Almaniyanın Köln şəhərində yaşayan və koronavirus müalicəsindən sonra sağalan Ahmet Arpacı virusa Çinin Vuhan şəhərindən aldığı ehtiyat hissələrindən yoluxa biləcəyini ehtimal etdiyini açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş