Dünyada bir gündə 10 mindən çox şəxs virusdan ölüb

Dünya

10.12.2020 - 02:18

Pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 551 214 insan ölüb

 

Dünyada COVID-19-a yoluxanların sayı 67,78 milyon nəfəri ötüb.

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 67 780 361 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 551 214 insan ölüb.

 

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 546 703 nəfər təşkil edib. Son sutkada daha 10 132 insan təhlükəli infeksiyadan ölüb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az