Ölənlərlə yanaşı, 5-i əsgər olmaqla 19 nəfərin yaralanıb
Əfqanıstanın Paktiya əyalətinin Gardiz şəhərində hərbi düşərgənin qarşısında terror hadisəsi törədilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib.
İlkin məlumatlarda ölənlərlə yanaşı, 5-i əsgər olmaqla 19 nəfərin yaralandığı bildirilib.
Lakin hadisə ilə bağlı hələlik heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib.