Xəsarət alan şəxs xəstəxanalardan birinə yerləşdirilib
Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib. AYNA-nın "Report"a istinadən məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.
Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona xəsarət yetirməkdə gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənova şübhəli bilinir.
Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Fakt araşdırılır.