İlham Əliyev Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bəzi şəxsləri təltif edib
Prezident İlham Əliyev Sumqayıt şəhəri ilə bağlı 3 sərəncam imzalayıb. AYNA bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Birinci sərəncamla bir qrup şəxs, Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Digər sərəncamla, Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir qrup şəxs “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Nəhayət, növbəti sərəncamla bir qrup şəxsə, Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim”, “Əməkdar həkim”, “Əməkdar jurnalist” və “Əməkdar mühəndis” fəxri adları verilib.