Prezidentə təşəkkür məktubları

Xəbərlər

25.11.2019 - 16:03

Müxtəlif ölkələrdən İlham Əliyevə təşəkkür məktubları gəlir

 

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Türkiyə Respublikası, İstanbul şəhəri, professor Dr. Halit Eren Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, o, noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitinə dəvət olunduğu üçün Azərbaycan Prezidentinə minnətdarlıq edib.

 

Yaponiyanın İşikava Prefekturasındakı Daijoji məbədinin Soto Zen Buddizm məktəbinin baş kahini Azuma Ryuşin də İlham Əliyevə təşəkkür edib. O da Dünya dini liderlərinin Sammitində iştirakdan dolayı məmnunluğunu ifadə edib.

 

Azərbaycanın dövlət başçısına növbəti təşəkkür Hindistanın “Yaşamaq sənəti” beynəlxalq təşkilatının təsisçisi Sri-Sri Ravi Şankar gəlib. Şankar, fərqli inanclardan olan liderlərin vahid platformada bir araya gəldiyi Dünya dini liderlərinin II Bakı Sammitinin uğurlu təşkilinə görə təbrik və təşəkkürünü dilə gətirib.

 

Nəhayət, Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akeş İlham Əliyevə məktub ünvanlayıb. “Mən noyabrın 14-15-də Bakı şəhərində keçirilən Dünya dini liderlərinin II Sammitində Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentini təmsil etmək şərəfinə nail olmuşam. Siz birinci xanım Mehriban Əliyeva və qızınız Leyla Əliyeva ilə birlikdə tədbirin açılış mərasimində iştirak etməyinizlə ona öz himayə və dəstəyinizi vermiş oldunuz. Tədbir zamanı iştirakçılar arasında mövcud olan xoş mühit Sizin rəhbərliyiniz sayəsində ölkənizdə müxtəlif dini icmalar arasında yaradılmış sabit və harmonik münasibətləri nümayiş etdirir. Bu xeyirxah fəaliyyətinizə görə Zati-alinizə dərin təşəkkürümü və səmimi minnətdarlığımı bildirirəm”, - deyə məktubda bildirilib.

Müəllif: Ayna.az