Təmir işləri başa çatanadək 125 saylı avtobus yeni istiqamət üzrə hərəkət edəcək
Baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırıldığından 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi dəyişdirilib.
AYNA bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək.
Dəyişiklik ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.