Akademiyanı bitirən leytenantlar “Sərhədçi andı”nı qəbul ediblər
İyul ayının 16-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının buraxılış mərasimi keçirilib. DSX-nın Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Xidmətin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.
DSX rəisi general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. O, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlər haqqında məlumat verib, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağını və sərhədçilərin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmalı olduqlarını bildirib.
Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunub, gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.