Kənd Təsərrüfatı Nazirliyində yeni şöbə yaradılıb
Nazir İnam Kərimovun müvafiq əmri ilə Kənd Təsərrüfatı Nazirliyində Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsi yaradılıb. Bu barədə AYNA-ya Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib. Onun sözlərinə görə, yeni yaradılmış şöbəyə Tofiq Rzayev müdir təyin edilib.
Qeyd edək ki, Tofiq Rzayev bu vaxta qədər Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb.