Daha iki ölkədə koronavirus aşkarlanıb

Dünya

19.03.2020 - 08:55

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Nikaraquanın vitse-prezidenti Rosario Murilo ölkə vətəndaşının koronavirus testinin müsbət nəticəsi haqqında bildirib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, həmin şəxs martın 15-də Panamadan qayıdıb.

 

"Kişi koronavirusa Panamada yoluxub. O, qayıtdı və xəstəliyin əlamətlərini hiss etdi. Həmin şəxs tibbi yoxlamadan keçib və indi müalicə olunur", - rəsmi KİV-lə telefon konfransının gedişatında Murilo bildirib.

 

Bununla yanaşı, Salvador ərazisində də koronavirusa ilk yoluxma qeydə alınıb. Bu barədə isə dövlət televiziyasının efirində ölkə prezidenti Nayib Bukele bildirib.

 

"Həkimlərimiz tərəfindən aparılan analizlərdən birinin nəticəsi müsbət oldu. Rəsmən Salvadorda koronavirusa yoluxmuş şəxs var", - dövlət başçısı bildirib. Onun sözlərinə görə, yerli sakin bir neçə gün əvvəl İtaliyadan səfərdən qayıdıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş