İfaçı və ailəsi karantin altına alınıb
Dünyaca məhşur ispan opera sənətkarı, tenor Plasido Dominqoya Covid-19 diaqnozu qoyulub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada koronavirus tüğyan etdiyi bir vaxtda virusa yaxalanan usta operaçı yüksək tempraturla xəstəxanaya yerləşdirilib.
79 yaşlı Dominqonun ailəsi də karantin vəziyyətinə salınıb. İfaçı sosial şəbəkə üzərindən, hələlik vəziyyətinin yaxşı olduğunu bəyan edib.
Məlumat üçün deyək ki, bir müddət əvvəl məşhur operaçı Los Angeles Operasından istefa etmişdi. Buna səbəb ona qarşı sürülən qadınlara cinsi təcavüz etməsi ittihamı olub.