Koronavirus epidemiyasının coğrafiyası 71-ci ölkəni əhatə edib
İordaniyada da koronavirus faktı qeydə alınıb.
AYNA xəbər verir ki, xarici medianın yazdığına görə, İordaniyada 2 nəfərdə koronavirus aşkarlanıb.
Bununla da koronavirus epidemiyasının coğrafiyası 71-ci ölkəni əhatə edib.
Qeyd edək ki, dünyada indiyədək 89 842 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 45 636 nəfəri sağalıb, 3 069 nəfər isə ölüb.