Koronavirusundan ən çox təsirlənən İtaliyada isə komendant saatı Pasxa tətilinə qədər uzadılıb
Koronavirus dünyada sürətlə yayılmağa və can almağa davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, dünyada virusa yoluxanların sayı 801 min 64 nəfərə, ölənlərin sayı 172 min 319-a çatıb.
İspaniya hakimiyyət orqanlarının rəsmi açıqlamasına görə, ölkədə son 24 saat ərzində 849 insan virusdan vəfat edib. Virusa yoluxanların sayı isə 94 min 417 nəfərə çatıb.
İranda isə 24 saat ərzində 141 nəfər virusdan ölüb və ölənlərin ümumi sayı 2898-ə yüksəlib. İran Səhiyyə Nazirliyinin sözcüsü Kiyanuş Cahanpur dövlət televiziyasına verdiyi açıqlamada, koronavirusa yoluxanların sayının 44 min 606-a çatdığını deyib.
Rəsmi məlumatlara görə, Rusiyada koronavirusuna yoluxanların sayı bir gündə 500 nəfər artaraq 2337-ə çatıb. 18 nəfər isə ümumilikdə virusun qurbanı olub.
Koronavirusundan ən çox təsirlənən İtaliyada isə komendant saatı Pasxa tətilinə qədər uzadılıb. İtaliyada 11 min 591 nəfər COVİD-19-dan dünyasını dəyişsə də, tədbirlərin artırılması nəticəsində yoluxma hallarının sayının azaldığı bildirilib.