Koronavirus qurbanlarının sayı artmaqda davam edir
Çinli kinorejissor Çanq Kay və 3 nəfər ailə üzvü Uhan şəhərində yeni növ koronavirusdan (Covid-19) dünyasını dəyişib.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, 55 yaşlı rejissorla bacısı fevralın 14-də dünyasını dəyişib. Onlardan bir neçə gün əvvəl isə virusa yoluxmuş valideynləri vəfat edib.
Çanq Kay valideynlərinin ölümündən əvvəl onları xəstəxanaya yerləşdirmək istədiklərini, ancaq boş yer olmadığı üçün xəstəliyin daha da irəlilədiyini qeyd etmişdi.