26 ölkədə ümumilikdə daha 127 yeni yoluxma halı qeydə alınıb
Çindən kənarda koronavirusa yoluxanların sayı artaraq 1200 nəfərə çatıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. 26 ölkədə ümumilikdə daha 127 yeni yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə 8 nəfərdir.
Qeyd edək ki, Çində Covid-19-dan ölənlərin sayı 2236 nəfər, yoluxanların sayı isə 75 min nəfərdən çoxdur.