Ölkədə 320 aktiv koronavirus xəstəsi var
Çində son sutka ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 882-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 928 xəstə sağalıb.
Ölkədə 320 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.