Çində koronavirusa yoluxanların sayı yenidən artıb

Dünya

26.06.2020 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

Son 24 saatda koronavirusa 13 yoluxma hadisəsi qeydə alınıb

 

Çində son 24 saatda koronavirusa 13 yoluxma hadisəsi qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası açıqlama verib. Açıqlamaya görə, virusa yoluxanların 2-si Şanxayda, 11-i isə paytaxt Pekində müəyyən edilib.

 

Bununla da Çində COVID-19-a yoluxanların sayı 83 min 462-ə yüksəlib. Bu günə qədər 4634 nəfər isə virusdan həyatını itirib.

 

Qeyd edək ki, Pekində pandemiyanın yayılmasının qarşısını almaq üçün təhsil müəssisələri, idman və incəsənət sahələri fəaliyyətini yenidən dayandırıb. Pekində sürətlə artan yoluxma sayı “ikinci dalğa” narahatlığına səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş