Təhlükəli virus can almaqda davam edir
Çində koronavirusa yoluxanların sayı çoxalıb.
AYNA "Report"a istinadən xəbər verir ki, Çin Xalq Respublikası Regionlarının Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin məlumatına görə, koronavirusa yoluxanların sayı 2002 nəfərə çatıb. Qeyd edilir ki, yeni xəstəlik həmçinin 56 nəfərin həyatına son qoyub.
Çin hakimiyyəti daha əvvəl 1975 nəfərin xəstəliyə yoluxması barədə xəbər yayıb.