Cənubi Koreyada insanlar pullu karantindən qaçırlar

Dünya

06.04.2020 - 13:21

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət müəsisəsində karantində qalmağın bir günü 81 dollardır

 

Cənubi Koreya koronavirus təhlükəsinə qarşı sərt qaydalar tətbiq edən ölkələrdəndir. Burada insanların məcbiri təcridi prosesinə əməl etməyənlər də var. Üstəlik, ölkədə evi olmayanların karantində qalması ödənişlidir.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Koreyada olan tayvanlı qadın vətəninə deportasiya olunub. Buna səbəb qadının karantin qaydalarına əməl etsə də, ödənişdən imtina etməsi olub. Evdən kənar dövlət müəsisəsində karantində qalmağın bir günü 81 dollardır.

 

Qeyd edək ki, hazırda Cənubi Koreyada 10237 nəfər virusa yoluxub, 183 nəfər dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş