Cənub qonşumuzda virus qurbanlarının sayı artır

Dünya

10.04.2020 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

İranda COVID-19-dan ölənlərin ümumi sayı 4232 nəfərə çatıb

 

İranda son 24 saat ərzində daha 972 nəfər koronavirusa yoluxub, 122 nəfər isə həyatını itirib. AYNA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözcüsü Kiyanuş Cihanpur İran Dövlət Televiziyasına açıqlamasında deyib.

 

Cihanpur bununla da İranda COVID-19-dan ölənlərin sayının 4232-ə çatdığını, yoluxanların sayının isə 68 min 192 nəfər olduğunu açıqlayıb. Həmçinin, xəstəxanalarda müalicə olunan xəstələrin 3 min 969-nun vəziyyətinin kritik olduğu da diqqətə çatdırılıb.

 

Nazirliyinin sözçüsü dünəndən etibarən 3166 insanın sağaldığını və beləliklə sağalan xəstələrin ümumi sayının 35 min 465 nəfər olduğunu bildirib.

 

Cihanpur onu da əlavə edib ki, bu günə qədər ölkə daxilində aparılan COVID-19 sınaqlarının sayı 242 min 568-dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş