Ceki Çan ölümlə üz-üzə qaldı

Dünya

25.12.2019 - 01:47

Həkimlər Klinikalar SEO Xidməti

"Çox güclü qorxu hissi keçirdim və titrəməyə başladım"

 

Çinli aktyor Ceki Çan çəkiliş zamanı ölüm təhlükəsi ilə üzləşib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Avanqard” filminin çəkilişi zamanı dənizdə daşın altında qalan aktyor sudan çıxa bilməyib. Ceki başına gələnlərdən sonra çox qorxduğunu deyib:

 

“Dənizdə atışma səhnələri çəkirdik. Gördüm daşın altında qaldım və sudan çıxa bilmədim. Həmkarlarım köməyimə çatdı. Çox güclü qorxu hissi keçirdim və titrəməyə başladım. Asanlıqla ölə bilərdim. Sudan çıxanda rejissor Stenli Tonqun ağladığını gördüm”.

 

Çan daha sonra çəkilişlərə davam edib. Film gələn ilin yanvarında nümayiş olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş