Bu gündən məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start verilir

Cəmiyyət

10.08.2021 - 09:27

Həkimlər Klinikalar SEO Xidməti

Ərizələrinin onlayn qeydiyyatına saat 11:00-da başlanılacaq

 

Bu gündən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start verilir.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

 

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.

 

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş