"/>

Ən dinsiz ölkələr siyahısına düşdük, amma: <font color=red> "800 min dindarımız var"</font>

Cəmiyyət

17.09.2019 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

DQİDK: Azərbaycanı dinsiz ölkə hesab etmək və bununla bağlı siyahıda ilk beşliyə salmaq absurddur

 

Ötən həftə “Gallup” beynəlxalq ictimai rəyi öyrənmə şirkəti dünyanın ən dinsiz ölkələrinin siyahısını açıqlayıb. Maraqlı məqamlardan biri odur ki, Azərbaycan siyahıda ən dinsiz ölkələrin ilk beşliyinə düşüb. Belə ki, Azərbaycan siyahıda, Çin, İsveç, Çexiya və Böyük Britaniyadan sonrakı pillədə qərarlaşıb. Təşkilat bu hesabatı gündəlik ibadət etməyən, deist və ateist insanların rəyinə əsasən tərtib edib.

 

Təxminən, eyni ərəfədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ölkə əhalisinin dindarlıq səviyyəsini açıqlayıb. Komitənin açıqlamasına görə, ölkə əhalisinin cəmi 8 faizi dindardır.

 

Məsələni AYNA-ya şərh edən DQİDK sədrinin müavini Gündüz İsmayılov “Gallup”un hesabatındakı göstəricinin reallığı əks etdirmədiyini deyib: “Azərbaycanı dinsiz ölkə hesab etmək və bununla bağlı siyahıda ilk beşliyə salmaq absurddur. Bu iddia ilə yalnız Azərbaycanı tanımayanlar çıxış edə bilər. Çünki azərbaycanlılar inanclı və imanlı insanlardır. Ölkədə mütləq əksəriyyət, təxminən 96 faiz özünü müsəlman hesab edir”.

Mərahim Nəsib