Bu gün ağdamlılarla əndəlüslülər qarşı-qarşıya gələcəklər

İdman

19.09.2019 - 11:29

Qarşılaşma yerli vaxtla 20:55-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq

 

Bu gün Azərbaycan çempionu “Qarabağ”, Uefa Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. AYNA xəbər verir ki, “Qarabağ” turun ilk görüşündə Əndəlüs təmsilçisi “Sevilya” ilə nəticələrə aydınlıq gətirməyə çalışacaq.

 

Yerli vaxtla 20:55-də başlayacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Ardıcıl 6-dəfə avrokubokların qrup mərhələlərinə vəsiqə qazanan ağdamlılar, tura qələbə ilə başlamağa çalışacaqlar.

 

Qrupun favoriti olan “Sevilya” isə bu mövsüm də avroliqanın favoritlərindən sayılır.

 

Qeyd edək ki, “Qarabağ” - “Sevilya” matçının hakimlər birqadası da artıq məlumdur. Belə ki, qarşılaşma ukraynalı hakimlərə tapşırılıb. Baş hakim funksiyasını yerinə yetirəcək Yevgeni Aranovskiyə həmyerliləri Syomen Şlonçak və İqor Alyoxin kömək edəcəklər. Bosniyalı Elmir Pilav hakim-inspektor, bolqarıstanlı Boris Stankov isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Müəllif: Ayna.az