Lorenzo Sotomayor: “Erməni döyüşçüyə qalib gələcəyimə əminəm”

İdman

22.06.2019 - 12:28

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizi II Avropa Oyunlarında təmsil edən boksçu: “İstəyirəm ki, Azərbaycana medalla geri dönüm”

 

Bu gün “Minsk 2019” II Avropa Oyunlarında yarışların ikinci günüdür. Bir neçə idmançımız bu gün rəqibləri ilə qarşılaşacaq.

 

Onlardan biri boks üzrə milli komandamızın üzvü, 69 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Lorenzo Sotomayor bu gün ilk döyüşünə çıxacaq. Onun rəqibi Ermənistan idmançısı Qurqen Madoyan olacaq.

 

Sotomayor yarışöncəsi AYNA-ya açıqlama verərək, qalib gələcəyinə inandığını deyib: “Mən yarışa uzun müddətdir hazırlaşıram. Rəqibimi tanımıram, çünki onunla heç vaxt qarşılaşmamışam. Amma ona qalib gələcəm. Çünki özümə əminəm”.

 

“Tək erməni rəqibimə yox, yarışda hamıya qalib gəlməyi qarşıma məqsəd qoymuşam. İstəyirəm ki, Azərbaycana medalla geri dönüm” – boksçu vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva