Matçda hər iki qolu Raul Qarsiya vurub
İspaniya La Liqasının 33-cü turunun matçında "Valensiya" "Atletik"i qəbul edib.
AYNA "Report"a istinadən xəbər verir ki, görüş Valensiyada, "Mestalya" stadionunda keçib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hər iki qolu oyunun 13-cü və 47-ci dəqiqələrində yarımmüdafiəçi Raul Qarsiya vurub.
"Atletik" bu qələbədən sonra 48 xal yığaraq yarış cədvəlində 7-ci yerə yüksəlib. "Valensiya" 46 xalla 10-cu yerdə qərarlaşıb.