Güləşçimiz Avropa çempionu olub

İdman

19.06.2021 - 23:26

Təmsilçimiz qızıl medal qazanıb

 

Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.

 

AYNA xəbər verir ki, Servet Angi (Türkiyə) ilə qarşılaşan təmsilçimiz rəqibinə 7:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

 

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb.

Müəllif: Ayna.az