“Napoli” evdə “Genk” üzərində 4:0 hesablı qələbə qazanıb
Bu gün Çempiolar Liqasının qrup mərhələsində sonuncu-6-cı turun oyunlarına start verilib.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, E qrupunda bütün məsələlərə aydınlıq gəlib.
Belə ki, “Napoli” evdə “Genk” üzərində 4:0 hesablı qələbə qazanıb. “Liverpul” isə səfərdə “Zalsburq”dan üstün olub – 2:0. Bu qələbələrdən sonra “Liverpul” 13 xalla, “Napoli” isə 12 xalla 1/8 finala adlayıb. 7 xalı olan “Zalsburq” isə mübarizəni Avropa Liqasında davam etdirəcək. “Genk” isə 1 xalla qrup sonuncusu olub.
10 dekabr
E qrupu
21:55. "Napoli" (İtaliya) - "Genk" (Belçika) - 4:0
Qollar: Milik, 3, 26, 38-pen, Mertens, 75-pen
21:55. "Zalsburq" (Avstriya) - "Liverpul" (İngiltərə) - 0:2
Qollar: Keyta, 57, Salah, 58