Britaniyada terror təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Dünya

04.03.2024 - 11:16

cedabet dərman SEO Xidməti

“Ölkədə koordinasiyalı terror aktı və ya tək terrorçunun iştirak etdiyi hücum real riskdir”

Təhlükəsizlik rəsmiləri Böyük Britaniya hökumətinə ölkədə terror təhlükəsinin kəskin artması ilə bağlı xəbərdarlıq edib. AYNA xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Nəşrin məlumatına görə, Britaniya xüsusi xidmət orqanları ekstremist xarakterli bir çox söhbətlərə müdaxilə edir. Qeyd olunub ki, ölkədə koordinasiyalı terror aktı və ya tək terrorçunun iştirak etdiyi hücum real riskdir.

Məqalə müəllifi qeyd edib ki, Britaniya təhlükəsizlik rəsmiləri müsəlmanların müqəddəs Ramazan ayı ərzində terror fəaliyyətinin artmasından ehtiyat edirlər.

Kəşfiyyat agentlikləri Britaniya siyasətçilərini də xəbərdar edib ki, Qəzza zolağında eskalasiya ekstremistlər tərəfindən radikalları öz sıralarına cəlb etmək üçün bəhanə kimi istifadə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş