Britaniyada koronavirusa yoluxanların sayı 4 milyonu keçib

Dünya

13.02.2021 - 05:25

COVID-19-a yoluxanların sayı artmaqda davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 15 144 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 013 799 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 758 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 116 287 nəfərə çatıb.

Müəllif: Ayna.az