Braziliyada bir gündə koronavirusa 10 mindən artıq insan yoluxub

Dünya

08.09.2020 - 08:15

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

Son bir gün ərzində Braziliyada COVID-19-a yoluxanların sayı 10 min nəfərdən çox artıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadən “RİA Novosti” agentliyi bildirib.

 

Son məlumatlara görə, respublikada bir gün ərzində yeni yoluxma halları 10 273 artıb. Pandemiyanın əvvəlindən ölkədə ümumilikdə 4 147 794 insan təhlükəli virusa yoluxub.

 

Məlumata görə, ölkədə 126 960 pasiyent pandemiyanın qurbanı olub, onlardan 310-u ötən gün ölüb. Bununla yanaşı, 3 355 564 pasiyent sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş