Onun yaşadığı əyalətdə koronavirusdan sağalan ən yaşlı xəstə olduğu bildirilir
İranda koronavirusa yoluxmuş 100 yaşlı xəstə sağalaraq evə buraxılıb. AYNA xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi "İSNA" məlumat yayıb.
Məlumatda xəstənin müalicə prosesi haqqında ətraflı məlumat verilməsə də, onun yaşadığı əyalətdə koronavirusdan sağalan ən yaşlı xəstə olduğu bildirilib.
Qeyd edək ki, İranda bundan əvvəl də 102 və 106 yaşlarındakı Covid-19 xəstələri pandemiyaya qalib gəlmişdilər.
Cənub qonşumuzda bu günə qədər 64 min 586 nəfər koronavirusa yoluxub. Onlardan 3 min 993 nəfəri dünyasını dəyişib.