Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Almaniyanın “Berlin Sarayı”nda yanğın baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Berlin Yanğınsöndürmə Briqadası rəsmi “Twitter” hesabında məlumat yayıb.
Məlumatda yanğının “Berlin Sarayı”nın yeni binasında baş verdiyi və 1 nəfərin yaralandığı qeyd olunub. Bununla yanaşı, hadisə yerinə 80 nəfərlik xilasetmə qrupunun cəlb edildiyi bildirilib.
Lakin hadisə ilə bağlı hələlik ətraflı məlumat verilməyib.