Atışma “Srvena Zvezda” futbol klubunun stadionu yaxınlığında baş verib
Serbiyanın paytaxtı Belqradda silahlı insident baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə zamanı bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.
Polis insidentdə şübhəli bilinən üç nəfəri saxlayıb. Atışma “Srvena Zvezda” futbol klubunun stadionu yaxınlığında baş verib. Yaralanan 21 yaşlı gənc bir neçə dəfə narkotika alveri, polisə müqavimət və oğurluq əməlləri üzrə mühakimə olunub.