Virusa yoluxanların sayı isə artıq 30 mindən çoxdur
Belçikanın rəsmi məlumatlarında göstərilir ki, bazar ertəsi ölkədə gündəlik ölənlərin sayı 303 nəfər artaraq 3903-ə çatıb.
AYNA xarici mətbuata əsasən xəbər verir ki, virusdan ölənlərin çoxunun cansız bədəni evlərində tapılıb. Ölkədə virusa gizli yoluxan və aşkarlanmayan çox insanın olduğu deyilir.
Bekçikada vəziyyətin qəfil bu səviyyəyə gəlməsi təəccüb doğurur. İş o vəziyyətə çatıb ki, Belçika qonşu ölkələri ölüm sayına görə geridə qoyub.
Əhalisi 11,5 milyon insan olan Belçika 83 milyonluq əhalisi olan Almaniyadan irəlidədir. Almaniyada bu günə qədər ölüm faktı 3000 nəfərdir. İndi Belçika koronavirusla bağlı vəziyyətə görə böyük böhran yaşayan İtaliya və İspaniya ilə yanaşı gedir.
Belçikada yoluxanların sayı isə artıq 30 mindən çoxdur.