Mişustin: “Hökumət təyyarə istehsalının genişləndirilməsi proqramını təsdiqləyib”
Rusiyada 6 il ərzində 600 təyyarə istehsal ediləcək. AYNA TASS-a istinadən xəbər verir ki, bu bəyanatla Rusiyanın Baş naziri Mixail Mişustin Baş nazirin müavinləri ilə görüşdə çıxış edib.
"Növbəti 6 il ərzində ümumilikdə 600-dən çox yerli təyyarə istehsal olunmalıdır", - Baş nazir vurğulayıb.
Mişustin deyib ki, Rusiya aviaşirkətlərinin donanmasının əsasını “SSJ New”, “MC-21-310”, “İl-114-300”, “Tu-214” və “İl-96-300” təyyarələri təşkil edəcək.
Bundan əvvəl Mişustin bildirib ki, hökumət təyyarə istehsalının genişləndirilməsi proqramını təsdiqləyib.