Aleksandr Pluşenko 2026/2027 mövsümündən etibarən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə yarışacaq
Fiqurlu konkisürən Aleksandr Pluşenko 2026/2027 mövsümündən etibarən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə yarışacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.
Beynəlxalq Konkisürmə İttifaqına edilən müraciət müsbət qiymətləndirilib və idmançı rəsmi olaraq Azərbaycanı beynəlxalq arenada təmsil etmək üçün icazə alıb.
Azərbaycan Qış İdman Növləri Federasiyası fiqurlu konkisürmənin və digər qış idman növlərinin inkişafı, perspektivli idmançıların cəlb edilməsi, milli istedadların yetişdirilməsi və Azərbaycanın beynəlxalq idman ictimaiyyətindəki mövqeyinin daha da gücləndirilməsi üçün səmərəli işini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası əvvəllər Aleksandr Pluşenkonun Azərbaycan milli komandasına transferini təsdiqləyib.