Şahin Şıxlinski həbsdə qaldı

Xəbərlər

02.07.2026 - 00:24

Məhkəmə Şahin Şıxlinskinin cəzasının azaldılması ilə bağlı tələbini rədd edib

İş materiallarını araşdırdıqdan sonra Sverdlovsk Vilayət Məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və qətl və sui-qəsd işi üzrə digər təqsirləndirilən şəxslərin cəzasının azaldılması ilə bağlı tələbini rədd edib. AYNA.AZ xəbər verir ki, bu barədə "Kommersant-Ural" məlumat yayıb.

Xatırladaq ki, Ş.Şıxlinski, Bəkir, Kamal və Məzahir Səfərov qətl törətməkdə (Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi), Şücayəddin Rəcəbov, Akif və Ayaz Səfərov (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsi) təqsirli biliniblər.

Daha əvvəl Ş.Şıxlinski 22 il ciddi rejimli cəza koloniyasında, Akif Səfərov 21 il ciddi rejimli cəza koloniyasında, Ayaz Səfərov 20 il ciddi rejimli cəza koloniyasında, Kamal Səfərov 14 il ciddi rejimli cəza koloniyasında, Məzahir Səfərov 13 il ciddi rejimli cəza koloniyasında, Bəkir Səfərov 10 il ciddi rejimli cəza koloniyasında və Şücayəddin Rəcəbov 12 il həbs ciddi rejimli cəza koloniyasında çəkmək cəzasına məhkum ediliblər.

Daha sonra Yekaterinburqun Kirovski Rayon Məhkəməsi Ş.Şıxlinskini dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə (Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi) günahkar bilib. Ona ümumilikdə 24 il həbs cəzası verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş