Xüsusi karantin rejiminin uzadılması haqqında qərar imzalanıb
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 1-i saat 06:00-dək uzadılıb.
AYNA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.