Özünü xilas etmiş 110 azərbaycanlıya təbrik – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

19.08.2019 - 10:10

Azərbaycanda jurnalist olmaq qədər, ruslar demiş, “neblaqodarnı” peşə yoxdur

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

- Xanım, biz qafqazlıyıq. Bizdə qadın hesab vermir! Bu, bizdə kişiyə təhqir kimi qəbul edilir!

 

- Mən “...” nüfüzlu Amerika jurnalının əməkdaşıyam. Və məni bura göndərəndə o qədər qonorar veriblər ki, yeyib-içməyimin də hesabını verə bilim. Əks halda yazdığım materialın obyektivliyi şübhə altına düşə bilər. Odur ki, inciməyin, öz hesabımı özüm verəcəm!

 

Məhşur Amerika jurnalisti ilə Bakının adlı-sanlı restoranında şam yeməyi zamanı baş verən bu dialoq yadıma elə-belə düşmədi. Qarşımda Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 1-də keçirilən qabiliyyət imtahanının nəticələri barədə xəbər oxuyurdum.

 

Məlumatda bildirilir ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 486 abituriyentdən 110 nəfəri imtahana gəlməyib. Yəni, 110 nəfər adam jurnalist olmaq istəməyib və heç bunun üçün sınaqdan belə, keçməyi özünə lazım bilməyib.

Nə demək olar? Bu insanları mən ancaq... təbrik edə bilərəm. Təbrik edirəm, dostlar! Sizin gələcəkdə hansı peşənin sahibi olacağınızı bilmirəm, amma Azərbaycanda jurnalist olmaq qədər, ruslar demiş, “neblaqodarnı” peşə, bəlkə də yoxdur. Pafoslu danışmaq istəmirəm və odur ki, sizin qabiliyyət imtahanına gəlməyərək, gələcəkdə özünüzü hansı əzablardan qurtardığınızı bənd-bənd izah etmək istəyirəm. Beləliklə, bu ölkədə jurnalist olmaqdan bəri başdan imtina etdiyiniz üçün siz:

 

- İşə qəbul zamanı hansısa redaksiyada baş redaktora və ya redaktor müavininə tanış axtarmayacaqsız;

 

- İşə qəbul olunduğunuz zaman jurnalistika fakültəsində “trudovoy” beşlərinizə baxmayaraq, redaktorların və şöbə müdirlərinin sizə heç nəyə lazım olmayan əlavə yük gözü ilə baxmasına şahid olmayacaqsınız;

 

- Hamıdan çox qaçaraq, hamıdan az maaş alan adam olmağınıza baxmayaraq, 3 yazınızdan birinin getməsinə görə redaktorlara süni minnətdarlıq hissi ilə baxmaq məcburiyyətində olmayacaqsız;

 

- Azərbaycanda bir sıra baş redaktor istisna olmaqla, çoxlarının sizin “yazım niyə getməyib” sualına yaxşı halda “belə məsləhətdir” cavabını, pis halda isə patrisilərin plebeylərə baxdığı kimi olan baxışlarla rastlaşmayacaqsız;

 

- Bütün ayı çapdığınıza və ayın sonunda cüzi qonorar almanıza baxmayaraq, bu pula Allah payı, bunu sizə verənlərə isə Allahın elçisi kimi baxmayacaqsız;

 

- Siyasi mövzuları demirəm, amma əlinizə “Bakı yağışdan sonra Venesiyaya dönüb” tipli yaxşı bir sosial mövzu düşəndə belə, KİMLƏRİNSƏ “yazmayın ki, Bakıda belə bir problem var, yazın ki, dövlət qurumları necə işlər görüb” reaksiyası redaktor tərəfindən sizə amiranə şəkildə çatdırılanda, əsəbdən əliniz-qolunuz titrəməyəcək və sizi “Yol əhvalatı”ndakı Qurban dayı kimi “gic gülmək” tutmayacaq;

 

- Jurnalistlərin binasında ev almısınızsa, he&

Müəllif: Yoldaş Mircəfər