Azərbaycanda vurulan vaksinlərin sayı 10 milyonu ötüb

Cəmiyyət

12.11.2021 - 21:57

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 082 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 032, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 470 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 021 688, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 012 689, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 464 036, buster doza üzrə vaksinasiya olunanların sayı isə 544 963 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş